Rusiya Kiyevdə çoxmərtəbəli binanı raketlə vurdu - FOTO

 11:00 15.03.2022     367

"Kiyevdə rusiyalı terrorçuların atəşə tutması nəticəsində daha bir çoxmərtəbəli bina dağıdılıb".

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti feysbukda məlumat yayıb.

"Martın 15-də Kiyevin Podolski rayonunda raketin on mərtəbəli yaşayış binasına dəyməsi nəticəsində 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər yanğın baş verib. Səhər saat 6:46-da yanğın lokallaşdırılıb, saat 6:51-də aidiyyəti üzrə təhvil verilib. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən 1 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Dövlət Fövqəladə Hallar Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsinin 10 canlı qüvvəsi və 2 texnikası cəlb olunub”, - məlumatda deyilir. 

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən