Türkmənistanda prezident seçkisinin ilkin nəticəsi AÇIQLANDI
Sərdar Berdıməhəmmədov Türkmənistanda keçirilən prezident seçkisində qalib gəlib.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, Sərdar Berdıməhəmmədov 72,97 faiz səs toplayıb.
Qeyd edək ki, S.Berdıməhəmmədov Türkmənistanın indiki Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğludur.












