"Rus ordusu 19 gündə Ukraynada Çeçenistandakı müharibədən daha çox itki verib" - Zelenski
"Cəsur müdafiəçilərimiz rus qoşunlarına dağıdıcı itkilər verməkdə davam edirlər".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.
"Tezliklə Rusiyanın yerə düşən helikopterlərinin sayı yüzə çatacaq. Onlar artıq 80 döyüş təyyarəsini itiriblər. Yüzlərlə tank və minlərlə digər texnika. Rus ordusu 19 gündə Ukraynada Çeçenistandakı iki qanlı və illərlə davam edən müharibədən daha çox itki verib", - deyə dövlət başçısı bildirib.
T.İSMAYIL












