Rusiyanın Ukraynadakı itkilərinin son statistikası - 404 tank, 1279 zirehli maşın...

 11:34 15.03.2022     405

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 404 ədəd tankı, 1279 ədəd zirehli döyüş maşını, 150 ədəd artilleriya sistemi, 64 ədəd reaktiv yaylım atəş sistemi, 36 ədəd havadan müdafiə sistemi, 81 ədəd hərbi təyyarəsi, 95 ədəd helikopteri, 640 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 9 ədəd dronu məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 13 500-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Vumart və Güvən reklamı Vumart Güvən