Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində xüsusi əməliyyat keçirildi
Tbilisinin Poniçala qəsəbəsində və regionlarda həyata keçirilmiş xüsusi əməliyyat zamanı 22 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslərin 17-si külli miqdarda narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunurlar.
İstintaqla onların sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Bu cinayətə görə 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur (report).












