Rusiyada ərzaq çatışmazlığı riski yoxdur - Azərbaycandan məhsul idxal edəcək

 12:25 15.03.2022     313

“Qərbin sanksiyaları səbəbindən Rusiyada ərzaq çatışmazlığı riski yoxdur, Moskva dost ölkələrdən tədarükləri genişləndirir”.

Redaktor.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası baş nazirinin müavini Viktoriya Abramçenko deyib.

Baş nazirin müavini vurğulayıb ki, sanksiyalar Rusiyada aqrar-sənaye bazarının təcrid olunmasına gətirib çıxarmayacaq.

“Dünya təkcə ABŞ və Avropa İttifaqı ilə məhdudlaşmır. Rusiya yeni bazarlar açır və yeni təchizatçılarla müqavilələr bağlayır”, - deyə Abramçenko bildirib.

Onun sözlərinə görə, son ay yarım ərzində “Rosselxoznadzor” 140-dan çox xarici müəssisənin, o cümlədən Türkiyə, Hindistan, Çin, Belarus, Azərbaycan, Qırğızıstan və Qazaxıstandan məhsulların Rusiyaya idxalına icazə verib. Söhbət süd və ət məhsullarının, yem və əlavələrin, balıq məhsulları və damazlıq ehtiyatı, həmçinin inkubator yumurtalarının tədarükündən gedir.

Vumart və Güvən reklamı Vumart Güvən