Çexiya, Polşa və Sloveniya baş nazirləri Kiyevə gedir

 12:37 15.03.2022     336

Çexiya baş naziri Petr Fiala bu gün Polşa və sloveniyalı həmkarları ilə birgə Kiyevə səfər edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Bu gün Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniya baş naziri Yanez Yanşa ilə birgə Avropa Şurasının təmsilçiləri qismində Kiyevə səfər edəcəyik. Səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqal ilə görüşəcəyik", - baş nazir yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən