"Rusiya Ukraynada qadağan olunmuş silahlardan istifadə edir" - ATƏT-in sədri

 14:35 15.03.2022     364

ATƏT sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Rusiyanın Ukraynanın dinc əhalisinə endirdiyi zərbələri dövlət terroru adlandırıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, o, Rusiyanın beynəlxalq müqavilələrlə qadağan olunan silahlardan istifadə etdiyini bildirib.

Zbiqnev Raunun sözlərinə görə, Rusiya qoşunları ukraynalıların ruhunu sarsıtmaq üçün mülki əhaliyə və infrastruktura zərbələr endirməyə başlayıb.

“Bu, hüznlü və utancvericidir, dövlət terroruna bərabərdir. Məktəblərə, xəstəxanalara və uşaq bağçalarına beynəlxalq səviyyədə qadağan olunmuş silahlarla qəsdən hücum edilir”, - deyə ATƏT rəhbəri bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən