Rusiya Ordusu Dnepr aeroportuna raket zərbələri endirdi

 14:39 15.03.2022     330

Rusiya Ordusu Dnepr hava limanına iki raket zərbəsi endirib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk regional administrasiyasının rəhbəri Valentin Rezniçenko “Facebook” hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, zərbə nəticəsində hava limanının uçuş-enmə zolağı yararsız hala düşüb və terminal binası zədələnib.

Valentin Rezniçenko zərərin miqyasının böyük olduğunu və aradan qaldırılması üçün uzun vaxt lazım olacağını qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən