Rusiyanın xüsusi təyinatlı bölməsi MƏHV EDİLDİ - FOTO

 15:52 15.03.2022     994

“Azov” alayının döyüşçüləri Rusiya ordusunun 22-ci xüsusi təyinatlı briqadasının bölmələrindən birini məhv edib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Birləşmiş Qüvvələrin Əməliyyatı Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ukraynalı hərbçilər Mariupolu ələ keçirməyə çalışan Rusiya hərbçilərini zərərsizləşdirir.

“Azov alayının döyüşçüləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin 22-ci Əlahiddə Ümumqoşun Briqadasının bölmələrindən birini məhv edib”.

Eyni zamanda “Azov” alayının keçmiş komandiri və Milli Korpusun Mərkəzi Qərargahının rəhbəri Maksim Jorin öz teleqram kanalında yazıb: “Komanda-qərargah maşını və Rusiyanın piyada qoşunlarının yerləşdiyi ev dağıdılıb. Bu, Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın əsgərləri ilə birlikdə “Azov”un 226-cı taborunun nəticələridir. Xarkov vilayəti işğalçıları məhv etməyə davam edir”.

Xatırladaq ki, bu gün “Azov” alayı Mariupol yaxınlığında Rusiyanın xeyli sayda hərbi texnikasını məhv edib. Eyni zamanda alay Rusiya Silahlı Qüvvələrinin bir general-mayorunu zərərsizləşdirib. General-mayorun adı və harada öldürüldüyünü açıqlanmayıb.

22
Vumart və Güvən reklamı Vumart Güvən