"Ukrayna ordusu əks-hücuma keçir" - Baş komandan
“Biz düşməni dayandırmaqla yanaşı, ehtiyat hissələri müəyyən edilmiş əks-hücum istiqamətində yerləşdirmişik”.
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy feysbuk səhfəsində müharibənin 20 gününün yekunundan bəhs edərkən bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri bir neçə istiqamətdə əks-hücuma keçir: “Ukrayna Silahlı Qüvvələri qarşısına qoyulan tapşırığı icra edir. Ukrayna hərbçiləri itki verir. Ancaq bizim itkilər rəqibinkindən bir neçə dəfə azdır”.












