Gürcüstanda zəlzələ oldu
Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib.
Redaktor.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seysmoloji Monitorinq Mərkəzi yayıb.
Zəlzələ Gürcüstanın qərbində Vani şəhərindən 11 kilometr məsafədə qeydə alınıb.
Yeraltı təkanların episentri 5 kilometr dərinlikdə yerləşib. Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.












