Rusiya Avropa Şurasından çıxdı

 20:29 15.03.2022     782

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.

“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - Tolstoy vurğulayıb.

Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi ölkənin Avropa Şurasından çıxmaq qərarına gəldiyini açıqlayıb. Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks da öz növbəsində bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüklə bağlı qərar qəbul edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən