“Ukraynaya qarşı Rusiya kimyəvi silahdan istifadə edəcək" - NATO baş katibi
“Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadə edərsə, yüksək bədəl ödəyəcək”.
Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq müdafiə nazirlərinin iclasında deyib.
“Rusiya aylarla yalan söylədi. Ukraynanı işğal etmək niyyətlərinin olmadığını dedi, ancaq işğal etdi. Hərbçilərini geri çəkdiyini iddia etdi, ancaq doğru olmadı. Mülki şəxsləri hədəf aldı, kimyəvi silahdan istifadə etmiş ola bilər. Mən NATO-nun hər hansı hərbi reaksiyası barədə spekulyasiya etməyəcəyəm. Ancaq NATO müttəfiqləri qorumaq üçün hər şeyi edəcək”, - deyə Stoltenberq qeyd edib.
O, Rusiyanın Ukraynaya qarşı kimyəvi silahdan istifadə etməyə hazır olduğunu istisna etməyən siqnallar aldıqlarını bir daha vurğulayıb.












