Mariupolda rus əsgərlər həkimləri və xəstələri GİROV GÖTÜRDÜLƏR

 23:06 15.03.2022     535

Rusiya hərbçiləri Mariupolda xəstələri və tibb işçilərini girov götürüblər.

Redaktor.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko bildirib.

Onun sözlərinə görə, Rusia qoşunları xəstəxanaya daxil olub: “Ruslar 400 nəfəri xəstəxanada saxlayır. Rusiya qoşunları həkimləri və xəstələri girov götürüb. Belə xəbəri xəstəxananın əməkdaşlarından biri çatdıra bilib. Xəstəxanadan çıxmaq mümkün deyil. İki gündür maşınlar xəstəxanaya çata bilmir. Ətrafda hündürmərtəbəli binalar yanır”.

Vumart və Güvən reklamı Vumart Güvən