Zelenski ABŞ Konqresi qarşısında çıxış edəcək

 10:05 16.03.2022     341

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ Konqresi qarşısında çıxış edəcəyini təsdiqləyib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri “Facebook” hesabında yayımlanan videomüraciətində qeyd edib.

“Çərşənbə günü ABŞ Konqresində çıxışım planlaşdırılıb. Vacib hadisədir”, - deyə V.Zelenski bildirib.

O, həmçinin Ukraynaya dəstək üçün ayrılmış 13,6 milyardlıq yardım paketi səbəbilə ABŞ Prezidenti Co Baydenə təşəkkürünü çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən