Rusiya Kiyevdə iki yaşayış binasını vurdu - Ölənlər var - FOTO
Kiyevin Şevçenkovski rayonunda Rusiyanın səhər saatlarından atəşə tutması nəticəsində iki çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.
Redaktor.az xəbər verir ki, Dövlət Fövqəladə Hallar Xidmətinin Kiyev üzrə Baş İdarəsinin məlumatına görə, martın 16-da saat 06:16-da Şevçenko rayonunda 12 mərtəbəli yaşayış binasının uçması barədə məlumat verilib.
Xilasedicilər hadisə yerinə gəldikdən sonra müəyyən ediblər ki, mərminin qəlpələri yaşayış binasına düşüb, bina 12-ci və texniki mərtəbələrdə uçub, qonşuluqdakı 9 mərtəbəli binaya da qismən ziyan dəyib.
Xilasedicilər hazırda sakinləri evdən təxliyə edir və ayrı-ayrı yanğınları aradan qaldırır.
Əraziyə 8 texnika, o cümlədən 35 xilasedici cəlb olunub. Artıq iki qurbanın kimliyi məlumdur, 35 nəfər təxliyə edilib.
T.İSMAYIL













