Rusların Xarkovda öldürdüyü dinc sakinlərin sayı MƏLUM OLDU

 14:31 16.03.2022     481

Hərbi əməliyyatlar başladığı vaxtdan indiyədək Xarkovda 500-dən çox dinc sakin ölüb.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Ümumilikdə, Xarkovda 500-dən çox dinc sakin ölüb, onlardan 88-nin meyiti dağıntılar altından çıxarılıb. Axtarış işləri davam etdirilir. Xilasedicilər sayəsində binaların dağıntıları altından qalmış 189 nəfər xilas edilib”, - məlumatda deyilir.

Bundan başqa, Xarkovda 600-dək binanın dağıdıldığı bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən