"Rusiya torpaqlarımızı minalayır" - Ukrayna MN
Rusiya hərbçiləri Ukrayna torpaqlarını minalayır.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin tviter səhifəsində bildirilib.
“Rusiya bizim təkcə infrastruktur, sənaye obyektlərimizi deyil, həm də meşələrimizi, kənd təsərrüfatı torpaqlarımızı minalayır. Həmin torpaqların istifadəyə yararlı olması üçün illər lazım gələcək. Bu, terrordur”, - deyə paylaşımda vurğulanıb.












