Rusiya Avropa Şurasından ÇIXARILDI

 17:43 16.03.2022     1533

Bu gündən etibarən Rusiyanın Avropa Şurasında üzvlüyü rəsmi olaraq dayandırılıb.

Redaktor.az xəbər verir ki, ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

Qeyd edək ki, Rusiya 1996-cı ildə Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib. Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.

Vumart və Güvən reklamı Vumart Güvən