"Ukrayna Rusiyanı nüvə silahı ilə vura bilərdi" - Putin
“Yaxın gələcəkdə Ukraynanın nüvə silahı ola bilərdi”.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin qeyd edib ki, yaxın gələcəkdə Ukrayna hakimiyyəti nüvə silahına sahib ola bilərdi və bu silahın hədəfi Rusiya olardı.
“Kiyev ətrafında Rusiya qoşunlarının olmasının Ukraynanın işğal edilməsi niyyəti ilə əlaqəsi yoxdur”, - deyə dövlət başçısı əlavə edib.
Putin həmçinin Ukraynadakı xüsusi hərbi əməliyyatın sonadək davam edəcəyini bəyan edib.












