"Sizin təyyarələr Ukrayna səmasında deyil, yerdədirlər" - Zelenskidən ABŞ-a çağırış
Martın 16-da Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresində videobağlantı vasitəsilə çıxış edib.
Redaktor.az-ın məlumatına görə, o, müraciətində Amerikanı Rusiyaya qarşı sanksiyaları davam etdirməyə çağırıb ki, Moskva müharibəni davam etdirməsin.
"Bu gün ölkənin lideri olmaq kifayət deyil, sülhün bərqərar olması üçün səy göstərən dünya lideri olmaq lazımdır. Ölümü dayandırmaq mümkün deyilsə, həyatın mənasını görmürəm".
Zelenski bir daha Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağa və ölkəni müdafiə üçün aviasiya və zenit-raket sistemləri ilə təmin etməyə çağırıb. O, Qərb tərəfdaşlarını qınayıb ki, Ukrayna kömək istəyəndə çox şey istəmir.
"Biz sizdən Rusiyanın azad şəhərlərimizdə terror etməsinin dayandırılmasını istəyirik. Bilirsiniz ki, S-300 müdafiə sistemlərinə və başqalarına ehtiyacımız var" - Prezident deyib.
Zelenski vurğulayıb ki, çox şey döyüş meydanında təyyarələrdən istifadə etmək bacarığından asılıdır.
"Güclü aviasiya xalqımızı, azadlığımızı və torpağımızı qorumağa kömək edəcək. Təyyarələr Ukraynanı və Avropanı qorumağa kömək edəcək. Onlar sizdə var. Amma onlar Ukrayna səmasında deyil, yerdədirlər", - o deyib.
T.İSMAYIL












