Ruslar Mariupolda insanların sığındığı teatr binasını BOMBALADI - VİDEO
Rusiya ordusu Mariupol şəhərində dinc sakinlərin sığındığı teat binasını bombalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya qırıcıları Mariupolda yüzlərlə dinc sakinin saxlandığı binaya hücum edib. Hava zərbələrindən sonra dram teatrının mərkəzi hissəsi dağılıb. Ölən və yaralıların olduğu bildirilir.












