Çin ABŞ-ı hədələdi - Sanksiyalar olsa...

 23:13 16.03.2022     755

Pekin ABŞ-ı Çinin qanuni hüquq və maraqlarına zərər verməməyə çağırır.

Redaktor.az xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan ABŞ-ın Ukrayna böhranı ilə bağlı mövqeyinə görə Çinə qarşı sanksiyalar perspektivlərilə bağlı sualı cavablandırarkən deyib.

O, ABŞ-ın birtərəfli sanksiyaları olacağı təqdirdə Pekinin Çin şirkətlərinin hüquq və maraqlarını qətiyyətlə qoruyacağını vurğulayıb.

Diplomat əlavə edib ki, sanksiyalar heç vaxt problemlərin həlli üçün effektiv vasitə olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən