Ukrayna artilleriyası rusların komandanlıq məntəqəsini "cəhənnəmə göndərdi" - VİDEO
Ukrayna artilleriyası Kiyev istiqamətində Rusiyaya məxsus komandanlıq mərkəzini darmadağın edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujniy özünün feysbuk səhifəsində bildirib.
"Kiyev istiqamətində topçularımız Rusiya Federasiyasının Şərq Hərbi Dairəsinin 35-ci ordusunun komandanlıq məntəqəsinə və dayaq nöqtəsinə cəhənnəmə gedən magistral yol çəkib", - deyə baş komandan yazıb.
T.İSMAYIL












