Altı ölkə Ukrayna ilə bağlı BMT TŞ-nın iclasını çağırdı

 09:36 17.03.2022     486

Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyi öz tviter hesabında paylaşıb.

“TASS”ın məlumatına görə isə, Ukraynadakı humanitar vəziyyətə həsr olunan iclas martın 17-si Nyu-York vaxtı ilə günün ikinci yarısına planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən