"Rusiya hazırda ABŞ-la danışıqlar aparmır" - Zaxarova
“Moskva Vaşinqtonla aktiv danışıqlar aparmır”.
Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“İndi əlbəttə ki, ABŞ-la aktiv danışıqlar prosesi yoxdur. Hazırda tərəflər arasında ayrı-ayrılıqda yaranan problemlər üzrə ayrı-ayrı əlaqələr var. Ukrayna ərazisinə muzdlu və silah göndərən ölkələr özləri özlərinə problem yaradırlar”, - deyə o, bildirib.












