Rusiya Ukraynadakı təyyarələrinin üçdəbirini itirib

 12:14 17.03.2022     441

Rusiya hərbi təyyarələrinin təxminən üçdəbir hissəsini itirib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Ukrayna hərbçiləri hər gün rusların bir neçə təyyarəsini vururlar. Üç həftə ərzində ruslar təyyarələrinin üçdəbir hissəsini itirib”, - o bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi martın 16-da Rusiyanın 5 təyyarə və 3 helikopterinin məhv edildiyini açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən