Ukraynada qaçırılan mer danışdı - VİDEO

 12:34 17.03.2022     377

Bir neçə gün öncə Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol şəhərinin meri İvan Fedorov sərbəst buraxılıb. O, əsir götürülən 9 rus əsgəri ilə dəyişdirilib.

Redaktor.az xəbər verir ki, Fedorov sərbəst buraxıldıqdan sonra ilk videomüraciət ünvanlayıb.

“İlk növbədə, həbs olunmaqdan, repressiyalardan, sorğu-suallardan qorxmadan öz mövqeyini müdafiə edən, mitinqlərə, nümayişlərə çıxan, azad xalq olduğumuzu deyən hər bir melitopolluya təşəkkür etmək istəyirəm”, - deyə Fedorov qeyd edib.

O, həmçinin dəstəyinə görə Melitopol sakinlərinə və tez bir zamanda azad olunmasına kömək etdiyinə görə ölkə Prezidenti Volodimir Zelenskiyə minnətdarlığını bildirib.

Mer hadisənin detallarını daha sonra açıqlayacağını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən