Ermənistanda bir gündə ikinci əsgər öldü
Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərinin birində hərbi qulluqçunun cəsədi aşkar olunub.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, 2002-ci il təvəllüdlü əsgər Albert Siroyan güllə yarasından ölüb. Hazırda hadisənin detalları araşdırılır.












