Ukrayna-Rusiya danışıqları bu gün davam edəcək - Kreml
Rusiya və Ukrayna nümayəndələrinin münaqişənin nizamlanması ilə bağlı kontaktları martın 17-si gün ərzində davam edəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Danışıqlar bu gün davam etməlidir. İndi danışıqların gedib-getmədiyini bilmirəm, amma bu gün bu ya digər istiqamətdə danışıqlar getməlidir”.
Peskov Rusiya nümayəndə heyətinin bütün sutka ərzində danışıqlara hazır olduğunu bəyan edib.
“Təəssüf ki, analoji həvəsi Ukrayna tərəfdə görmürük”, - deyə o əlavə edib.












