Ərdoğan Putinlə Ukraynanı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Liderlər Ukrayna ətrafındakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.












