“Türkiyə də təhlükəsizlik zəmanəti almaq istədiyimiz ölkələrdəndir" - Kuleba
“Ukraynanın təhlükəsizliyi müzakirələrin əsas mövzusudur”.
Redaktor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba martın 17-də Lvovda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra deyib.
“Türkiyə də təhlükəsizlik zəmanəti almaq istədiyimiz ölkələrdəndir. Türkiyə Qara dəniz regionunda sabitliyi təmin edə bilən ölkədir. Bu barədə təkcə Rusiya ilə danışmaq mənasız olacaq”, - o deyib.
“Kollektiv təhlükəsizlik mövzusunda Ukraynanın təklifi olub. Bura BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Almaniya və Türkiyə daxildir. Dünən Moskvada buna bir etirazın olmamasını gördüm. Təbii ki, burada önəmli olan sadəcə tərəflərin deyil, həm də xalq üçün məqbul olan təkliflərin qəbul edilməsidir”.
Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bir mövzuda anlaşma üçün zəmin yaransa, görüşün baş tutma ehtimalı var. Ukrayna Prezidenti Volodimir Zelenski də bunu tez-tez dilə gətirir”, - nazir bildirib.












