Belarusa sığınmış Polşa hərbçisi özünü asdı

 20:20 17.03.2022     598

Belarusa qaçmış Polşa hərbçisi Emil Çeçko Minskdə qaldığı ünvanda asılmış vəziyyətdə tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.

“Bu gün hüquq mühafizə orqanlarının əməkdaşları Emil Çeçkonun Minskdəki ünvanında asılmış vəziyyətdə tapılması barəsində məlumat əldə ediblər. İstintaq qrupu dərhal hadisə yerinə yollanıb. Təhqiqatlar hazırda davam edir. İstintaq üçün zəruri materiallar müsadirə edilib”, - deyə komitənin məlumatında bildirilib.

Xatırladaq ki, Emil Çeçko ötən il dekabrın 16-da Belarus sərhədçiləri tərəfindən saxlanılıb. O, Polşanın miqrasiya böhranı və qaçqınlara qarşı qeyri-insani rəftar praktikası ilə razılaşmadığını əsas gətirərək Belarusdan siyasi sığınacaq istəmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən