Rusiyanın daha bir helikopteri vuruldu
Ukrayna ordusu Kiyev yaxınlığında Rusiyaya məxsus daha bir helikopterini vurub.
Redaktor.az xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksandr Pavliuk “Telegram” kanalında məlumat yayıb.
Qeyd olunur ki, “Ka-52” tipli helikopter Kiyevin Buça rayonunda vurulub.
Xatırladaq ki, Ukraynada indiyədək Rusiyaya məxsus 180-dən artıq qırıcı və helikopter zərərsizləşdirilib.












