Rusiyanın daha iki yüksək rütbəli zabiti ÖLDÜRÜLDÜ
Ukraynaya hücumda iştirak edən Rusiya ordusunun daha iki yüksək rütbəli zabiti öldürülüb.
Redaktor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, onların hə ikisi polkovnik rütbəsini daşıyır.
Öldürülən zabitlər 331-ci hava-desant alayının komandanı polkovnik Sergey Suxarev və onun müavini polkovnik Sergey Krılovdur.
Qeyd edək ki, bundan əvvəl Ukraynada Rusiya ordusunun 4 generalı öldürülüb.













