“Rusiya ilə danışıqların dördüncü raundu ağır keçir” - Podolyak
“Rusiya ilə danışıqlar ağır keçir, tərəflərin mövqeləri fərqlidir”.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb.
“Tərəflərin mövqeləri fərqlidir. Bizim üçün prinsipial məsələlər toxunulmazdır.
Danışıqlar prosesinin içərisində olmayan fəal şərhçilərə yumşaq şəkildə məsləhət vermək istəyirəm. Ciddi mübarizə aparan ölkədə yalanlarınızı yaymayın”, - o, qeyd edib.












