Rus hərbçilər Ukraynanın dünyaca məşhur rəqqasını ÖLDÜRDÜLƏR

 02:39 18.03.2022     374

Ukrayna Milli Operasının balet rəqqası, dünyaca tanınan Artyem Datsişin bu gün xəstəxanada keçinib.

Redaktor.az Ukrayna mediasına istinadən bildirir ki, 43 yaşlı rəqqas əslən Xerson şəhərindəndir. O, uzun illərdən bəri Ukrayfna Milli Operasının rəqs truppasının solisti olub, çoxsaylı beynəlxalq mükafatlar alıb.

A.Datsişinlə vida mərasimi sabah keçiriləcək və o, Kiyevdəki Baykovı qəbristanlığında dəfn olunacaq.

Kiyev şəhər merliyinin yaydığı rəsmi məlumata görə, məşhur rəqqas Ukrayna paytaxtının Rusiya qoşunları tərəfindən bombardmanlardan birində yaralanmışdı: "Rusiya hərbçiləri onu öldürdülər".

2
Vumart və Güvən reklamı Vumart Güvən