Lvovda partlayış səsləri eşidildi - VİDEO
Bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərində bir neçə partlayış səsi eşidilib.
Redaktor.az “Strana”ya istinadən xəbər verir ki, partlayış səslərindən sonra şəhər üzərində qatı tüstü müşahidə edilib.
Bildirilir ki, ölkə vaxtı ilə təqribən 06:10-da hava hücumu təhlükəsi ilə bağlı sirenalar səsləndirilib. Bundan təqribən 20 dəqiqə sonra isə 3 partlayış baş verib. Şəhər sakinləri sosial şəbəkələrdə hadisənin videogörüntülərini paylaşıb.
Ölən və yaralılar barədə hələ ki məlumat daxil olmayıb.












