Ukraynada həlak olan uşaqların sayı AÇIQLANDI

 11:43 18.03.2022     2536

Ukraynada bu günə kimi 109 uşaq həlak olub, 130-dan çox azyaşlı isə yaralanıb.

Redaktor.az “Ukrinform.uk”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, indiyədək Kiyevdə 55, Xarkovda 34, Donetskdə 26, Çerniqovda 29, Nikolayevdə 20, Jitomirdə 15, Sumidə və Xersonda isə 14 uşaq ölüb.

Həmçinin vurğulanır ki, ötən gecə Xarkov vilayətinin Zoloçiv kəndi artilleriya atəşinə tutulub. Nəticədə nəfər uşaq ölüb.

Vumart və Güvən reklamı Vumart Güvən