"Putin Qərbi nüvə silahından istifadə ilə təhdid edə bilər" - ABŞ kəşfiyyatı

 14:57 18.03.2022     704

"Vladimir Putin Qərbi nüvə silahından istifadə ilə təhdid edə bilər".

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunur.

“Bu müharibə və onun fəsadları nəticəsində Rusiya zəiflədikcə daxili və xarici auditoriyaya gücünü nümayiş etdirmək üçün nüvə silahına getdikcə daha çox arxalanacaq”, - hesabatda bildirilir.

ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru, general-leytenan Skott Berrier isə deyib ki, Ukrayna ərazilərinin bir hissəsinin uzunmüddətli işğalı Rusiya ordusunu gücdən sala və onun müasir silah arsenalını zəiflədə bilər: "İqtisadi sanksiyalar isə Rusiyanı uzunmüddətli iqtisadi depressiyaya düşməsi və diplomatik təcridi ilə nəticələnə bilər”.

Vumart və Güvən reklamı Vumart Güvən