Hindistan Rusiya ilə birlikdə "Kalaşnikov" istehsal edəcək

 15:52 18.03.2022     899

“Yaxın zamanda Hindistanın Korva şəhərindəki müəssisədə "Kalaşnikov AK-203” avtomat silahı istehsal ediləcək”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Hindistandakı səfiri Denis Alipov martın 18-də jurnalistlərə açıqlamasında bildirib.

“Biz hesab edirik ki, çox yaxın zamanda “AK-203”ün istehsalına başlanılacaq. Hazırda müqavilənin sırf texniki detalları tamamlanır”, səfir qeyd edib.

Qeyd edək ki, “AK-203”ün istehsalının nəzərdə tutulduğu zavod Hindistan-Rusiya birgə müəssisəsidir.

Hindistanın Baş naziri Narendra Modi 2019-cu ilin martın “Kalaşnikov” avtomat silahının istehsalı ilə bağlı Hindistan-Rusiya birgə müəssisəsinin yaradıldığını elan edib.

Hindistan “Kalaşnikov”un “ikiyüzüncü” seriyasını istehsal edəcək ilk ölkə olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən