Slovakiya Ukraynaya S-300 raketləri verəcək?

 16:05 18.03.2022     968

Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri verə bilər.

Redaktor.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Slovakiya müdafiə naziri Yaroslav Nad amerikalı həmkarı Loyd Auistinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Slovakiyada yeganə strateji hava hücumundan müdafiə sistemimiz S-300-dür. Düzdür, bunu ukraynalılara dərhal vermək NATO-da təhlükəsizliklə bağlı boşluq yarada bilər. Amma Slovakiyanın müdafiə naziri olaraq ölkəmizin təhlükəsizliyini təmin etmək, kənar müdaxilə və təhdidlərdən qorumaq mənim borcumdur. Odur ki, S-300-ü Ukraynaya verməyə hazırıq”, - o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən