Kremldən Baydenə cavab

 16:57 18.03.2022     1965

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “qanlı diktator” və “quldur” adlandırıb.

Redaktor.az “RİA Novosti”yə istinadən məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin bu açıqlamasına münasibət bildirib.

“Cənab Baydenin belə gərginliyini, yorğunluğunu, bəzən isə unutqanlığını nəzərə alaraq, böyük aqressiyaya səbəb olmamaq üçün sərt qiymətləndirmə etməyəcəyik. Biz artıq faktiki olaraq Prezident Putinin ünvanına şəxsi təhqirlər olan açıqlamalar eşidirik. Bu açıqlamalar artıq gündəlik olaraq ABŞ Prezidenti cənab Bayden tərəfindən səsləndirilir”, - deyə Peskov söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən