"Bizə hücum etməklə Rusiya cəmiyyətini məhv edəcəklər" - Zelenski

 18:46 18.03.2022     14716

“Rusiya Ukraynaya hücum etməklə 25 ildə qazandıqlarını məhv etdi”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.

“Rusiya Ukraynaya hücum etməklə 90-cı illərin qarmaqarışıqlığına qayıdacaq. Onlar Ukraynaya qarşı müharibədə öz milli sərvətlərini yandırmaqdan əl çəkmirlər. Əminəm ki, bizə hücum etməklə Rusiya cəmiyyətini məhv edəcəklər. Bu, onlar üçün süqut, ağrılı süqut olacaq”, - dövlət başçısı qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən