Əfqanıstanda azyaşlıların oynadığı mərmi partladı - 4 uşaq həlak oldu

 09:35 19.03.2022     1409

Əfqanıstanın cənubunda, Qəndahar əyalətində partlamayan top mərməsinin detonsiyası nəticəsində 4 uşaq ölüb.

Redaktor.az “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə yerli polis bölməsindən bildirilib.

Məlumata görə, hadisə əyalətin Şah Vəli Kut yaşayış məntəqəsində baş verib.

Bildirilib ki, uşaqların sursatla oynadıqları ehtimal olunur.

Partlayış səbəb mərminin vaxtında zərərsizləşdirilməməsi göstərilir.

Vumart və Güvən reklamı Vumart Güvən