​​​​​​​Ruslar Kiyevdə mülki əhalini atəşə tutdular - Çoxlu ölən və yaralı var

 16:50 19.03.2022     615

Kiyev vilayətində Makarov kəndinə minaatanların endirilməsi nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Martın 18-də işğalçılar Buçanski rayonunda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Düşmənin Makarovu atəşə tutması nəticəsində 7 dinc sakin həlak olub. 5 nəfər yaralanıb və xəstəxanadadır", - məlumatda deyilir.

Bildirilir ki, atəş nəticəsində yaşayış binaları dağılıb, inzibati bina və digər tikililərə ziyan dəyib.

Vumart və Güvən reklamı Vumart Güvən