Kiyev yaxınlığında Rusiya texnikaları məhv edildi - FOTO
Rusiya işğalçıları Kiyev bölgəsində sarsıdıcı məğlubiyyətə uğrayır, onların Kiyevə yaxınlaşmaq niyyətləri puça çıxır. Buna daha bir sübut kimi Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının dərc etdiyi Kiyev yaxınlığında məhv edilən Rusiya hərbi texnikasının fotolarıdır.
Redaktor.az xəbər verir ki, bu barədə UNİAN-ın məlumatında deyilir.
Qeyd olunub ki, Kiyev vilayətində Rusiya texnikası məhv edilib. Ukrayna Silahlı Qüvvələri Strela-10 SAM-ı da gücləndirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini, briqada generalı Aleksandr Qruzeviç bildirmişdi ki, rus işğalçıları Kiyevdən Dnepr çayının sağ sahilində 70 kilometrədək məsafəyə çıxarılıb.
T.İSMAYIL
















