Kanadadan ukraynalılara böyük JEST

 20:02 19.03.2022     797

Kanada ukraynalı qaçqınlara yardım sistemi hazırlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kanadanın immiqrasiya naziri Şon Freyzer məlumat verib.

O bildirib ki, bu sistemə əsasən Ukrayna vətəndaşları sürətləndirilmiş viza ala və üç ilədək ölkədə qala bilərlər.

Proqramın məqsədi Rusiyanın hücumu nəticəsində ölkəsini tərk etmək məcburiyyətində qalan qeyri-məhdud sayda Ukrayna vətəndaşına sığınacaq verməkdir.

Kanada Sərhəd Xidmətləri Agentliyinin məlumatına görə, fevralın 21-dən martın 13-dək ölkəyə 3368 Ukrayna vətəndaşı daxil olub. Onlardan 2515-i hava yolu ilə gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən