Putinin sevimli generallarından daha biri MƏHV EDİLDİ
Ukrayna Baş Qərargahı Ukraynada daha bir rus generalının öldürüldüyü barədə məlumat yayıb.
Redaktor.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Baş Qərargahdan verilən açıqlamada Rusiyanın 8-ci Qvardiya Ordusunun komandanı general-leytenant Andrey Mordviçevin Xersonun Çernobaevka bölgəsində Ukrayna əsgərləri tərəfindən öldürüldüyü iddia edilib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti daha əvvəl 4 rus generalının öldürüldüyünü açıqlamışdı.













